Tesla Cybertruck amerikan istehsalçısına 65 milyon dollar gətirib


Digərləri 04 İyl 2020 23:30:00 149 0

Tesla Cybertruck amerikan istehsalçısına 65 milyon dollar gətirib

Tesla Cybertruck modelinin təqdimatından dərhal sonra amerikan istehsalçısı avtomobilə öncədən sifarişləri qəbul etməyə başlamışdır. Pikapı almaq istəyənlərdən 100 dollar beh vermək tələb olunurdu. Belə praktika vəsait toplamaq üçün deyil, daha çox investorlara və səhmdarlara yeni avtomobilə olan yüksək tələbatı nümayiş etdirməkdir.

Təqdimatdan bir həftə sonra Tesla pikpa 250 min sifarişi qəbul etdiyini bildirmişdi. Bundan sonra şirkət sayğacı gizlətmişdi. Hazırda belə sifarişlərin sayı 650 mini ötüb, bu isə, Tesla şirkətinin 65 milyon dollar topladığından xəbər verir.

Əvvəlki xəbərlərdən bilindiyi kimi, potensial alıcıların 17% arxaötürməli baza versiyanı sifariş ediblər. Qalanlar isə, ikimühərrikli orta versiyanı və üçmühərrikli top modifikasiyanı seçiblər. Tesla Cybertruck modelinin müştərilərə çatdırılmasına 2022-ci ildə başlanmalıdır. İldə 500 min pikapın buraxılması planlaşdırılır, lakin ilk illərdə belə buraxılış həcminə çıxmaq çox çətin olacaqdır.