Dəfndən sonra qəbrin üzərinə su tökülməsinin mənası nədir?


Digərləri 04 İyl 2020 22:25:00 183 0

Dəfndən sonra qəbrin üzərinə su tökülməsinin mənası nədir?

Bu, dəfnin müstəhəb əməllərindəndir. İmam Cəfər Sadiqdən (ə) "əl-Kafi" kitabında rəvayət edilən hədisə görə məzarın torpağı nə qədər ki yaşdır, ölünün qəbir əzabı təxirə salınar. Hədislərdən məlum olur ki, Həzrət Mühəmməd Peyğəmbər (s) də öz qohumlarının dəfnindən sonra bu müstəhəb əməli edirmiş. Suyu məzarın baş tərəfindən başlayıb ayaq tərəfinə kimi səpir və yenə baş tərəfə qayıdıb dövrəni tamamlayırlar. Su artıq qalsa, onu məzarın ortasına tökürlər. Adətən, bundan sonra mərhumun yaxınları əl barmaqlarını məzarın üstündəki nəm torpağa batırıb yeddi dəfə Qədr surəsini oxuyur, mərhumun ruhuna rəhmət diləyirlər. Məzara su səpmə mərasimini dəfndən sonra 40 gün ərzində təkrar etmək müstəhəbdir.