Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Digərləri 04 İyl 2020 22:12:00 148 0
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 4-nə olan statistik göstəriciləri açıqlayıb.
Son.az Trend-ə istinadən bildirir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 846 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 509 811 test aparılıb. Aktiv xəstə sayı 8 269 nəfərdir, onlardan 342 nəfər reanimasiyadadır, 61 nəfər isə süni tənəffüs aparatına qoşulub.
Mənbə: milli.az