Huawei şirkəti ABŞın milli təhlükəsizliyinə təhdid elan edildi


Digərləri 04 İyl 2020 22:20:00 159 0

Huawei şirkəti ABŞın milli təhlükəsizliyinə təhdid elan edildi

Çin telekommunikasiya şirkəti Huawei ABŞ-ın milli təhlükəsizliyinə təhdid elan edildi.

Son.az ted.az-a istinadən bildirir ki, qərar Federal Rabitə Komissiyasının (FCC) İctimai və Daxili Təhlükəsizlik Bürosu tərəfindən qəbul edilib.

Komissiyanın rəhbəri Ajit Pai şirkətin Çin Kommunist Partiyası və ölkənin hərbi hissələri ilə əlaqələrinin olduğunu qeyd edib. Bu qərardan sonra şirkətlər, bu təchizatçıların təqdim etdiyi və ya istehsal etdiyi istənilən avadanlıq və ya xidmətləri əldə etmək, saxlamaq, təkmilləşdirmək, dəyişdirmək və dəstəkləmək üçün FCC Ümumi Xidmətlər Fondundan vəsait istifadə edə bilməzlər. Fondun təqribən 8,3 milyard dolları var.