Binəqədidə boya zavodu yanır YENİLƏNİB VİDEO FOTO


Digərləri 04 İyl 2020 21:11:00 410 0

Binəqədidə boya zavodu yanır  YENİLƏNİB  VİDEO  FOTO

21:11

Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb.

Qərargahdan Son.az-a verilən ilkin məlumata görə, yanğın 700 kvadratmetr ərazini əhatə edir.

***

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə başlanan yanğın partayışla müşahidə edilməkdədir.

Son.az APA-ya istinadən xəbər verir ki, yanğının baş verdiyi əraziyə yaxın insanlar oradan təxliyə olunur.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə işləri davam etdirilir.

21:00

Bakıda boya fabrikində güclü yanğın başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, adisə paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisindəki "Sobsan" boya fabrikində baş verib. Güclü yanğın fabrikin ərazisini bürüyüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Hazırda yanğının qarşısını almaq üçün tədbirlər görülür.