Bu problemə görə Volva 2.1 milyon avtomobili geri çağırır


Digərləri 04 İyl 2020 21:15:00 167 0

Bu problemə görə Volva 2.1 milyon avtomobili geri çağırır

Dünyanın ən təhlükəsiz avtomobil istehsalçılarından biri olaraq tanınan Volvo bəzi avtomobillərin ön oturacaqlarında olan təhlükəsizlik kəmərləri problemi ilə bağlı 2,1 milyon nəqliyyat vasitəsini geri çağırıb.

Son.az ted.az-a istinadən bildirir ki, Volvonun sözçüsü Stefan Elfstromun yazılı açıqlamasında çağırılan 2.1 milyon vasitənin təhlükəsizlik kəmərlərində problem olduğu bildirilib.

Elfstromun verdiyi açıqlamaya görə bəzi Volvo avtomobillərinin ön oturacaqlarında olan təhlükəsizlik kəmərlərində bir polad telin zəiflədiyi aşkar edilib. Xüsusilə 2006-2019 illərdə istehsal olunan nəqliyyat vasitələrində olan bu vacib problem Volvonun indiyə qədər etdiyi ən böyük geri çağırış olaraq diqqət çəkir.

Təxminən 14 ildir istehsal olunan 2,1 milyon Volvo avtomobilində yaşanan bu problem xüsusilə qəza vəziyyətində insan sağlamlığı üçün həyati əhəmiyyət daşıyır.

Əslində bu anda Volvo da məntiqli davranaraq ciddi bir hadisə olmadan reaksiya göstərməyə qərar verdi. Çünki bəzən firmalar məhsullarında problem olduğunu bilsələr də, buna məhəl qoymur. Məsələn, Boeing, 737 Max təyyarələrində problem olduğunu bilsə də, təyyarələri geri çağırmamışdı. Nəticədə 6 aylıq fasilə ilə iki təyyarə qəzası baş vermişdi.