Feysbuk yüzlərlə ekstremist hesabı bağlayıb


Digərləri 04 İyl 2020 21:20:00 159 0

Feysbuk yüzlərlə ekstremist hesabı bağlayıb

Feysbuk ABŞ-dakı iğtişaşlarda iştirak edən ekstremistlərlə əlaqəli yüzlərlə hesabı blok edib.

Son.az ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Xüsusilə də, Feysbuk sosial şəbəkəsində 220 hesab bağlanıb, İnstagramda isə 95 hesab Boogaloo hərəkəti ilə əlaqədar bağlanıb.

Şirkətdən verilən məlumata görə, bu hesablar mülki şəxslərə, polislərə, vəzifəli şəxslərə və dövlət qurumlarına qarşı zorakılığın təbliğatını aparıb.

Bundan əlavə, bu hərəkətlə əlaqəli olmayan, lakin oxşar məzmunun yerləşdirilməsində iştirak edən daha 500-ə yaxın hesab bağlanıb.

ABŞ-dakı iğtişaşlar həbs zamanı afroamerikalı Corc Floydun ölümündən sonra başlayıb.