Bitcoin maynerlər mayda 366.4 milyon dollar qazanıb


Digərləri 04 İyl 2020 20:50:00 131 0

Bitcoin maynerlər mayda 366.4 milyon dollar qazanıb

Mayın 11-i bitcoin şəbəkəsində "bitcoin halving"-dən sonra hər blok üçün mükafat 12.5-dən 6.25 BTC-yə endi. Buna baxmayaraq bitcoin-maynerlər may ayında 366.4 milyon dollar gəlir əldə edib. Bu məlumat The Block analitik portalnın hesabatında qeyd edilib. Maynerlərin may ayındakı gəliri apreldəki gəlirdən (412.5 milyon dollar) 11% az olub. Bitcoin tranzaksiyaları üzrə komissiya gəliri ümumi gəlirin 8.3%-ni (apreldə 1.5% idi) təşkil edib.