Türk və Alman banklarının blokçeyndə ilk maliyyə sazişi


Digərləri 04 İyl 2020 19:50:00 135 0

Türk və Alman banklarının blokçeyndə ilk maliyyə sazişi

Türkiyənin İş Bankası və Almaniyanın Commerzbank-ı blockchain platformasından istifadə edərək ilk ticarət maliyyələşdirmə əməliyyatını həyata keçiriblər. İş Bankası R3 Corda texnologiyasına əsaslanan Marco Polo blockchain platformasına qoşulan ilk türk bankıdır. Banklar bu platformadan istifadə edərək ticarət maliyyələşdirmə əməliyyatı aparıblar. Şişecam və Kuraray Europe GmbH şirkətlərinin də iştirak etdiyi sövdələşmə mayın 27-si həyata keçirilib. Sövdələşmə türk şirkətinin alman istehsalı çoxlaylı laminat şüşələrinin alışını maliyyələşdirirdi.