İranda elektrik stansiyada partlayış baş verib


Dünya 04 İyl 2020 19:04:00 119 0

İranda elektrik stansiyada partlayış baş verib

İranın Əhvaz şəhərində yerləşən elektrik stansiyasında partlayış baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, transformatorun partlaması səbəbindən stansiyada yanğın baş verdi. Mehr agentliyinin verdiyi məlumata görə, yanğını lokallaşdırmaq mümkün olub.

Bildirilib ki, hadisəyə səbəb istilik olub. Dəymiş zərərin dərəcəsi müəyyənləşdirilir.