Qazaxıstanın paytaxtında ictimai nəqliyyatın hərəkətinə iki həftəlik qadağa qoyuldu


Dünya 04 İyl 2020 18:06:00 138 0

Qazaxıstanın paytaxtında ictimai nəqliyyatın hərəkətinə iki həftəlik qadağa qoyuldu

Koronavirus pandemiyası səbəbindən Qazaxıstanın paytaxtı Nur-Sultanda ictimai nəqliyyatın hərəkətinə iki həftəlik qadağa qoyulub.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə şəhər nəqliyyat sistemini idarə edən "City Transportation Systems" şirkətininin mətbuat xidməti məlumat yayıb.

Şirkətin məlumatına əsasən, bu müddət ərzində avtobuslarda və ictimai nəqliyyat vasitələri parkında dezinfeksiya işləri aparılacaq.