Qəhvənin gözlənilməz təhlükəsi aşkarlandı


Digərləri 04 İyl 2020 16:18:00 137 0

Qəhvənin gözlənilməz təhlükəsi aşkarlandı

Britaniyalı alimlərin bildirdiyinə görə, mütəmadi olaraq qəhvədən istifadə artıq çəki problemi yarada bilər.

Son.az oxu.az-a istinadən bildirir ki, buna səbəb kimi sözügedən içkinin orqanizmdə kortizolun səviyyəsini artırması göstərilir.

Kortizol stres hormonu hesab olunur və normadan artıq olduqda kökəlməyə gətirib çıxarır. Bundan əlavə, o, insanlarda təşviş hissi yaradır.

Alimlər əlavə edirlər ki, qəhvə çox içildikdə tənəffüs və ürək-damar sistemlərinə mənfi təsir göstərir.