İranda koronavirusdan daha 148 nәfәr ölüb


Dünya 04 İyl 2020 16:45:00 159 0

İranda koronavirusdan daha 148 nәfәr ölüb

İranda ötәn sutka әrzindә daha 148 nәfәr koronavirusdan (COVID19) ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 11 408 nәfәrә çatıb.

Sadat Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 2 449 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 237 878 nәfәrә yüksәlib.Virus daşıyıcılarından 3 136 nәfәrin vәziyyәti ağırdır.