Gürcüstanda əcnəbi iş adamları üçün yeni qaydalar müəyyən edilib


Dünya 04 İyl 2020 14:39:00 151 0

Gürcüstanda əcnəbi iş adamları üçün yeni qaydalar müəyyən edilib

Gürcüstan hökuməti pandemiya dövründə ölkəyə gələcək əcnəbi iş adamları üçün yeni qaydalar müəyyən edib. Yeni qaydalara əsasən Gürcüstana səfər edəcək xarici iş adamları karantinə cəlb olunacaq və ya koronavirusla bağlı testdən keçəcəklər. Amma karantin və testlər ödənişli olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava "İmedi" televiziya kanalına müsahibəsində söyləyib.

N.Turnava bildirib ki, bu xidmətlərə görə məbləğ çox böyük olmayacaq. "Bu qaydalar vətəndaşların sağlamlığını qorumaq və investorlarla kommunikasiyanın pozulmaması məqsədilə tətbiq ediləcək" - deyə, N.Turnava vurğulayıb.