Səfir: ABŞ və Azərbaycanı vacib tərəfdaşlıq birləşdirir


Siyasət 04 İyl 2020 12:57:00 163 0

Səfir: ABŞ və Azərbaycanı vacib tərəfdaşlıq birləşdirir

ABŞ və Azərbaycanı vacib tərəfdaşlıq birləşdirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu 4 iyul ABŞ-ın Müstəqillik günü ilə əlaqədar videomüraciətində bu ölkənin Azərbaycandakı səfir Erl Litsenberger deyib.

O, həmçinin Azərbaycanın suverenliyi və müstəqilliyini dəstəkləməkdən qürur duyduğunu bildirib.

Səfir qeyd edib ki, adətən iyulun 4-də ABŞ səfirliyində Müstəqillik günü qeyd olunur:

"Ötən il biz bir çox azərbaycanlı dostumuzu səfirlikdəki gözəl tədbirdə qəbul etmişdik, daha çox qonaq isə "Facebook" vasitəsilə canlı yayımda bizə qoşulmuşdu. Bu il COVID-19 pandemiyası ilə əlaqədar əvvəlki kimi toplana bilmirik. Amma bu o demək deyil ki, ABŞ-ın müstəqillyinin 244-cü ildönümü videoəlaəq vasitəsilə qeyd oluna bilməz".