Solomon adaları yaxınlığında güclü zəlzələ olub


Dünya 04 İyl 2020 13:27:00 139 0

Solomon adaları yaxınlığında güclü zəlzələ olub

Sakit okeanda, Solomon adaları yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Qizo şəhərindən 265 kilometr cənub-qərbdə, ocağı isə təxminən 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.