"10 gün ev şəraitində müalicə edildim, sonra xəstəxanaya yerləşdirildim"


Digərləri 04 İyl 2020 09:49:00 156 0

"10 gün ev şəraitində müalicə edildim, sonra xəstəxanaya yerləşdirildim"

Xəbər verdiyimiz kimi, "ARB24" telekanalının dörd əməkdaşında koronavirus aşkarlanıb. Onlardan ikisi sağalaraq evə buraxılıb, birinin müalicəsi ev şəraitində, digərinin isə xəstəxanada davam etdirilir.

Son.az xəbər verir ki, oxu.az xəstəxanada müalicə olunan telekanalda baş redaktor müavini vəzifəsində çalışan Aynur Nəsirova ilə əlaqə saxlayıb.

O bildirib ki, üç gündür xəstəxanada müalicə edilir:

"Əvvəlcə hərarətim yüksəldi. Test verdim və nəticəsi pozitiv çıxdı. 10 gün ev şəraitində müalicə edildim. Daha sonra xəstəxanaya yerləşdirildim. Hazırda özümü yaxşı hiss edirəm".