Koronavirusun yeni təhlükəli xüsusiyyəti məlum oldu


Dünya 04 İyl 2020 09:39:00 142 0

Koronavirusun yeni təhlükəli xüsusiyyəti məlum oldu

Şri-Lanka Milli Xəstəxanasının həkimləri SARS-CoV-2 koronavirusunun endokrin pozuntulara səbəb ola və bu cür problemləri olan xəstələrin vəziyyətini pisləşdirə biləcəyini müəyyən ediblər.

Son.az oxu.az-a istinadən verir ki, mütəxəssislər 2003-cü ildə atipik pnevmoniyanın yayılmasına səbəb olan SARS-CoV-1 virusuna yoluxmuş insanların sağlamlıq vəziyyətlərini araşdırıblar. Xəstəlikdən sonra bir çox pasiyentdə yorğunluqla xarakterizə olunan postviral sindrom inkişaf edib. Bu, kifayət qədər kortizol istehsal etməyən adrenal funksiyanın pozulmasına görə ola bilər. Öz növbəsində bunun səbəbi adrenal funksiyanı tənzimləyən hipofizin fəaliyyətinin pozulması ilə bağlı ola bilər. Bir il ərzində xəstələr tamamilə normal vəziyyətə qayıdıblar.

Yeni koronavirusun patogen xüsusiyyətləri onun bir çox toxumalarda, o cümlədən endokrin sistemdə aktiv olan insan hüceyrə reseptoru ACE2-yə bağlanması ilə izah olunur. O, hüceyrələri yoluxdurur, hormon istehsalının pozulmasına səbəb olur.

Alimlərin fikrincə, kortizol çatışmazlığını test etmək və steroidlə xəstələri müalicə etmək COVID-19-la mübarizə üçün həyati vacib strategiya ola bilər. Deksametazon steroidi ilə müalicə olunan COVID-19 xəstələrində ölüm hallarının azalması artıq məlumdur.