“Microsoft” və “Hitachi” şirkətləri genişmiqyaslı əməkdaşlığa başlayıblar


Digərləri 04 İyl 2020 08:41:00 141 0

“Microsoft” və “Hitachi” şirkətləri genişmiqyaslı əməkdaşlığa başlayıblar

"Microsoft" və "Hitachi" şirkətləri genişmiqyaslı əməkdaşlıq elan ediblər. Yapon şirkəti istehsalçılara öz fabriklərinin işini avtomatlaşdırmaqda və logistikanın səmərəliliyini yüksəltməkdə kömək etmək üçün bu əməkdaşlıq çərçivəsində tərəfdaşının "bulud" xidmətlərini təşviq edəcək.

Son.az ictnews.az-a istinadən bildirir ki, çoxillik razılaşma "Microsoft" və "Hitachi" şirkətlərinin Asiya və Şimali Amerikadakı müştərək müştəriləri ilə işləmək üçün nəzərdə tutulub. "Hitachi" şirkəti "Azure" "bulud" infrastrukturu, "Microsoft 365" və "Dynamics 365" proqramlarından istifadə edərək həmin müştərilər üçün istehsalın məhsuldarlığını, logistikanın optimallaşdırmasını və proqnozlaşdırıcı xidməti təmin edəcək.

"Biz "Microsoft" ilə əməkdaşlığımızı genişləndirməkdən, istehsal və logistik şirkətlərini rəqəmli həllərlə təchiz etmək üçün əməliyyat texnologiyaları və İT sahəsindəki nailiyyətləri öz məhsullarımızda tətbiq etməkdən məmnunuq" - "Hitachi" şirkətinin vitse-prezidenti Cun Abe deyib.