Kanadada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb


Dünya 04 İyl 2020 08:46:00 158 0

Kanadada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Kanadanın Alberta əyalətində kiçik təyyarə qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, insident Edmonton şəhərinin beynəlxalq hava limanından 22 kilometr şərqdə qeydə alınıb.

Bildirilir ki, qəza nəticəsində təyyarədə olan 3 nəfər ölüb.

Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb edilib, qəza ilə bağlı araşdırmalar aparılır.