Alabamada atışma olub, yaralananlar var


Dünya 04 İyl 2020 08:49:00 164 0

Alabamada atışma olub, yaralananlar var

ABŞ-ın Quver şəhərində (Alabama ştatı) yerləşən mağazalardan birində atışma baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şəhər polisinin "Twitter" səhifəsində bildirilir.

Məlumata əsasən, insident "Riverchase Galleria" ticarət mərkəzində yerli vaxtla saat 15:18-də qeydə alınıb: "Biz tışma nəticəsində azı 4 nəfərin yaralandığını təsdiq edə bilərik. Onlar xəstəxanalara yerləşdirilib. Onların vəziyyəti haqqında hələki məlumat yoxdur".

Hazırda insidentlə əlaqədar araşdırma aparılır.