PuertoRiko sahillərində 5,5 bal gücündə zəlzələ olub


Dünya 04 İyl 2020 08:33:00 137 0

PuertoRiko sahillərində 5,5 bal gücündə zəlzələ olub

Puerto-Riko sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri Quanika yaşayış məntəqsindən 10 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur.