Britaniyada indiyədək 44 mindən çox insan koronavirusdan ölüb


Dünya 04 İyl 2020 08:38:00 123 0

Britaniyada indiyədək 44 mindən çox insan koronavirusdan ölüb

Son sutkada Böyük Britaniyada 137 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 44 131 nəfərə çatıb. Son gündə daha 544 nəfərdə virus aşkarlanıb. İndiyə kimi ölkədə 284 276 koronavirusa yoluxma halı qeydə alınıb.

Bundan bir gün əvvəl 89 nəfər virusun qurbanı olub, 576 nəfərinsə virusa yoluxması təsdiqlənib.