Dünyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb


Dünya 04 İyl 2020 07:55:00 119 0

Dünyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 11 milyon nəfəri ötüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Con Hopkins Universitetinin hesabatında deyilir.

Bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 11 031 905 nəfərə çatıb. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 523 777 nəfəri vəfat edib.

Qeyd edilir ki, əm çox yoluxma halı ABŞ-da (2 788 395) və Braziliyada (1 539 081) qeydə alınıb.