Dünyada koronavirusa yoluxanların sayı 175 mindən çox artıb


Dünya 04 İyl 2020 07:25:00 130 0

Dünyada koronavirusa yoluxanların sayı 175 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 175 mindən çox artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 3-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 175 723 nəfər yeni koronavirusa yoluxub, 5 032 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 10 710 005, ölənlərin isə 517 877 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 5 445 710 yoluxma və 255 702 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 737 869, ölənlərin sayı isə 198 945 nəfərə çatıb.