“Redmi” şirkəti ucuz qiymətə iki yeni smartfonunu təqdim edib


Digərləri 04 İyl 2020 07:11:00 138 0

“Redmi” şirkəti ucuz qiymətə iki yeni smartfonunu təqdim edib

"Redmi" brendi ucuz smartfonlarının yenilənmiş versiyasını təqdim edib. "Redmi 9A" və "9C" modelləri böyükölçülü ekran və tutumlu akkumulyatorlar kimi oxşar xüsusiyyətlərlə yanaşı, həm də bəzi texniki fərqlərə malikdirlər.

Son.az ictnews.az-a istinadən bildirir ki, hər iki yenilik 1600x720 piksel təsvir ölçülü və tərəflər nisbəti 20:9 olan 6,53 düymlük IPS displey, 2 QB əməli yaddaş (LPDDR4X) və 32 QB daxili yaddaşla (eMMC 5.1) təchiz edilib. Aparatlar "MIUI 11" interfeysli "Android 10" əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Cihazlar arasındakı əsas fərq istifadə edilən aparat platformasındadır. Daha ucuz "Redmi 9A" aparatı 2 QHs takt tezlikli "MediaTek Helio G25" prosessoru, "Redmi 9C" isə 2,3 QHs takt tezlikli "MediaTek Helio G35" prosessoru ilə təchiz edilib. Bundan başqa, yalnız böyük modeldə barmaq izləri skaneri tətbiq edilib. "Redmi 9A" istifadəçilərinə alternativ kimi "Face Unlock" funksiyası təklif edilib.

Smartfonlarda, həmçinin əsas kameranın modulları da fərqlidir. "Redmi 9A" qurğusunda korpusun arxa tərəfində 13 mp-lik yeganə sensor quraşdırılıb, "Redmi 9C" isə üç sensorlu (13 5 2 meqapiksellik) modulla təchiz edilib.