Yaponiyanın Yamato şəhərində piyadaların smartfondan istifadəsi qadağan edilib


Digərləri 03 İyl 2020 23:50:00 190 0

Yaponiyanın Yamato şəhərində piyadaların smartfondan istifadəsi qadağan edilib

Yaponiyanın Yamato şəhərində piyadalara smartfondan istifadə qadağan edilib. Bu davranış təhlükəli hesab edilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, indi yaponlar küçədə və hətta parkda gəzinti zamanı telefonlara baxa bilməzlər. Təxminən 240 min sakin bu təşəbbüsü dəstəkləyib.

Piyadalar üçün smartfon qadağası haqqında xəbərdarlıq şəhər vağzalında səsgücləndiricilər vasitəsilə elan edilir. Hələ ki, qaydanı pozanlara qarşı hansı cəzanın tətbiq ediləcəyi məlum deyil.

Yamatonun bəzi sakinlərinin fikrincə, qadağa qoyulmasına bəlkə də ehtiyac yox idi, sadəcə insanlara daha ehtiyatlı olmağı məsləhət görməklə problemi həll etmək olardı.