Türkiyədə koronavirusdan sağalanların sayı 178 min nəfəri ötüb


Dünya 03 İyl 2020 21:30:00 160 0

Türkiyədə koronavirusdan sağalanların sayı 178 min nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 186 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 172 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 203 456 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 313 nəfər olmaqla 178 278 nəfər təşkil edir.