Belqradda fövqəladə vəziyyət elan edilib


Dünya 03 İyl 2020 21:00:00 147 0

Belqradda fövqəladə vəziyyət elan edilib

Serbiyanın paytaxtı Belqradda koronavirusun yenidən yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şəhərin meri Zoran Radoyiçiç bildirib.

Qeyd olunur ki, Serbiyada son sutka ərzində yoluxma sayı kəskin artıb. Bütün ölkədə 359 yeni yoluxma qeydə alınıb.

Serbiyada yoluxmanın 82,5 faizi paytaxtı Belqradın payına düşür.