Peskov: “Rusiya hələ sərhədlərini açmır”


Dünya 03 İyl 2020 21:05:00 152 0

Peskov: “Rusiya hələ sərhədlərini açmır”

"Rusiya koronavirus pandemiyası fonunda bağlanmış sərhədlərin açılması ilə bağlı bir sıra ölkələrlə əlaqə saxlayır".

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:

"Bu, hökumətdəki operativ qərargahın məsələsidir. Bəzi dövlətlərlə təmaslar aparılır, lakin indiyədək konkret qərarlar qəbul edilməyib".