Rusiyada daha 176 nəfər koronavirusdan ölüb


Dünya 03 İyl 2020 20:54:00 160 0

Rusiyada daha 176 nəfər koronavirusdan ölüb

Rusiyada koronavirusa yoluxanların sayı 667 min nəfəri keçib.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 6 718 nəfər virusa yoluxub, 176 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 667 883 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 9 859 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 437 893 nəfər virusdan sağalıb, 220 131 nəfərin müalicəsi isə davam edir.