Şahmar Mövsümov: Maska ilə bağlı problem yoxdur, dərman məsələsinə də nəzarət artırılacaq


Digərləri 03 İyl 2020 19:09:00 153 0

Şahmar Mövsümov: Maska ilə bağlı problem yoxdur, dərman məsələsinə də nəzarət artırılacaq

Apteklərdə maska ilə bağlı çatışmazlıq problemi yoxdur, dərmanlarla bağlı da nəzarət artırılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi birifnqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Şahmar Mövsümov bildirib ki, apteklərdə dərman məsələsinə nəzarət artırılacaq, özünü müailicə düzgün deyil: "Özündə COVİD əlaməti hiss edən şəxslər aidiyyatı üzrə müraciət etməlidir. Müalicə prosesi də həkim nəzarəti altında olmalıdır. insalar "arbidol" və digər dərmanları alıb, özlərini özbaşına müalicə düzgün deyil".