Şahin Mustafayev Milli Koordinator vəzifəsindən azad edildi


Siyasət 03 İyl 2020 18:40:00 180 0

Şahin Mustafayev Milli Koordinator vəzifəsindən azad edildi

Prezident İlham Əliyev "Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 iyun tarixli 940 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla "Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 iyun tarixli 940 nömrəli Sərəncamının 1-ci hissəsindən Şahin Abdulla oğlu Mustafayevin adı çıxarılır.

Qeyd edək ki, Ş.Mustafayev ötən ilə qədər İqtisadiyyat naziri vəzifəsini tutub. Hazırda o, Baş Nazirin müavinidir.