Ramin Bayramlı: Səhiyyə qurumlarının elə imkanı yoxdur ki, yoluxan hər bir şəxsə nəzarət etsin


Digərləri 03 İyl 2020 18:04:00 151 0

Ramin Bayramlı: Səhiyyə qurumlarının elə imkanı yoxdur ki, yoluxan hər bir şəxsə nəzarət etsin

"Koronavirusa yoluxmuş şəxslərin və onlarla təmasda olanların evi tərk etməməsi yoluxma baxımından çox vacib məsələdir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, səhiyyə qurumlarının elə bir imkanı yoxdur ki, yoluxan hər bir şəxsi yoxlasın və ona nəzarət etsin: "İnsanların özlərinin məsuliyyəti olmalıdır. İnsanlar qaydalara nəzarət etməlidirlər. Biz xüsusi proqram vasitəsilə evdə müalicə edilən xəstələrin sağlamlıq vəziyyətinə nəzarət edirik. Xəstənin vəziyyətində dəyişiklik olduqda müayinələr aparılır".