Ev şəraitində müalicə olunan xəstələr dərmanla təmin ediləcək?


Digərləri 03 İyl 2020 17:57:00 149 0

Ev şəraitində müalicə olunan xəstələr dərmanla təmin ediləcək?

"Ev şəraitində müalicə olunan xəstələrin dərman vasitələrilə təmin edilməsinə başlanıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, hazırda COVİD -19-a yoluxan və ev şəraitində müalicə olunan xəstələrə dərman preparatları çatdırılır.

Qeyd edək ki, COVİD-19-a yoluxan yüngül simptomlu xəstələr yaşayış yerlərini tərk etmədən ev şəraitində müalicə olunur. Həmin xəstələr ərazi poliklinikaları tərəfindən nəzarətə götürülür və mütəmadi müalicə olunur.