Ülvi Mehdiyev: 85 minə yaxın icazə ləğv edilib


Digərləri 03 İyl 2020 17:48:00 171 0

Ülvi Mehdiyev: 85 minə yaxın icazə ləğv edilib

"Bəzi təşkilatlar icazə sistemindən sui istifadə edir, lazım olmayan işçilərə icazə alırlar. Bu səbəbdən 85 minə yaxın icazə ləğv edilib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Ü.Mehdiyev vurğulayıb ki, bir sıra əməkdaşlar icazədən aidiyyatı üzrə istifadə etməyib.

Onun sözlərinə görə, bu səbəbdən 85 minə yaxın icazə ləğv edilib.

Ü.Mehdiyev əlavə edib ki, həftə sonu icazədən istifadə oluna bilməz, icazəsi olan şəxslər həftə sonu icazədən sui-istifadə edib evdən çıxa bilməz, bunun üçün onlar sıravi vətəndaşlar kimi 2 saatlıq icazə alıb çıxa bilərlər.