Ramin Bayramlı: Karantin rejimi tətbiq etməsəydik, indiki yoluxma halı daha çox ola bilərdi


Digərləri 03 İyl 2020 17:27:00 139 0

Ramin Bayramlı: Karantin rejimi tətbiq etməsəydik, indiki yoluxma halı daha çox ola bilərdi

Karantin rejimi tətbiq etməsəydik, indiki yoluxma halı daha çox ola bilərdi.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, tətbiq edilən karantin rejimi ilə vəziyyəti sabit saxlamağa nail olublar:

"Xəstəliyin yoluxma sayının tendensiyasının dəyişməsi lazımdır. Mənfi dinamikanın düzəlməsinə ehtiyac var. 15-21 iyun tarixlərində sağalanların sayı yoluxanların sayından 2 dəfə az olub. Karantinin ilk həftəsindən etibarən sağalanların sayında artım var. Bu da karantin rejiminin hesabınadır".