Koronavirusla əlaqədar bu gündən Bişkekdə xüsusi karantin rejimi tətbiq edilib


Dünya 03 İyl 2020 17:14:00 146 0

Koronavirusla əlaqədar bu gündən Bişkekdə xüsusi karantin rejimi tətbiq edilib

Koronavirusla əlaqədar bu gündən Bişkekdə xüsusi karantin rejim tətbiq edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, paytaxtda vəziyyətin gərgin olaraq qaldığı bildirilir. Son sutka ərzində təkcə Bişkek şəhərində 230 yoluxma faktı qeydə alınıb.

Buna görə də xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, adi günlərdə Bişkekdə ictimai nəqliyyat səhər saat 7-dən 10-dək, axşam saat 17-dən 19-dək işləyəcək. Şənbə və bazar günləri isə ictimai nəqliyyat işləməyəcək.

Şəhərdəki əyləncə mərkəzləri, gecə klubları, karaoke klubları, uşaq əyləncə mərkəzləri və buna bərabər tutulan digər məkanların fəaliyyəti tam qadağan olunub, paytaxtdakı bütün parklara giriş məhdudlaşdırılıb.