Şahmar Mövsümov: Biz bütün dünyanın üzləşdiyi problemlə qarşılaşmışıq


Digərləri 03 İyl 2020 17:17:00 139 0

Şahmar Mövsümov: Biz bütün dünyanın üzləşdiyi problemlə qarşılaşmışıq

İlk gündən etibarən pandemiyanın qarşısının alınması üçün lazımi adımmlar atıldı və göstərişlər verildi. İqtisadi sahədə, cənab Prezidentin fərmanına uyğun olaraq 4 işçi qrup yaradıldı, tədbirlər planı hazırlandı. Bu tədbirlər planı makroiqtisadi sahənin, həm də sosial sahənin inkişafına, dayanaqlılığına yönəlmişdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Operativ Qərargahın keçirdiyi birifnqdə Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu gün yoluxma sayı yüksək həddə qalır. Karantin rejiminin sərtliyi onun həyata keçirilmə formasından aslıdır. Biz bütün dünyanın üzləşdiyi problemlə qarşı-qarşılaşmışıq. Bu problemin həlli üçün hamımız səfərbər olmalıyıq, bu mübariəzədə birgə iştirak etməklə virusa qalib gələ bilərik:

"Bu iş çətin deyil, sadə yollarla - sosial məsafə saxlamaq, maska taxmaq və gigyenik qaydalara əməl etməklə koronavirusa qalib gələ bilərik".