Yaponiyanın yoluxma sayı niyə azdır?


Dünya 03 İyl 2020 16:45:00 168 0

Yaponiyanın yoluxma sayı niyə azdır?

Azərbaycan koronavirusa yoluxanların sayına görə worldometers-in hazırladığı siyahıda 55-ci yerdədir. Bizim ölkədə bugünədək 18684 nəfərdə koronavirus aşkarlanıb. Bu rəqəmlər isə yoluxma sayına görə əhalisi 126 milyon olan Yaponiya ilə oxşardır. Belə ki, 100 milyondan çox əhalisi olan Yaponiyada 18,874 nəfərdə Covid-19 aşkarlanıb və bu ölkə yoluxma sayına görə bizdən bir pillə aşağıdadır.

Son günlər əhalisi 126 milyon olan Yaponiya ilə, 10 milyonluq Azərbaycanı müqayisə edən şəxslər bunu ölkənin səhiyyə sisteminin zəif olması ilə əlaqələndiriblər. Lakin diqqətdən qaçan məqam var. Belə ki, Yaponiyada indiyədək edilən testlərin sayı bizim ölkədə edilən testlərin sayından xeyli azdır. Hətta, əhali nisbətinə görə Azərbaycanda 1 milyon nəfərə düşən test sayı 47,554-dürsə, Yaponiyada bu rəqəm 3,758-dir.

Qeyd edək ki, Yaponiyanın Baş nazir Şinzo Abe əhaliyə koronavirusun ikinci dalğası təhlükəsi barədə xəbərdarlıq edib. Yaponiya koronavirus pandemiyasına görə Azərbaycan da daxil olmaqla 100-dən artıq ölkənin vətəndaşlarının buraya gəlişinə məhdudiyyətlər tətbiq edib.

Bəxtiyar Umarlı Son.az