Buraxılış imtahanlarında maksimal bal toplayan Hüseyn Abdullayev: “Ən böyük arzum Bakı Ali Neft Məktəbinə daxil olmaqdır”


Digərləri 03 İyl 2020 16:12:00 172 0

Buraxılış imtahanlarında maksimal bal toplayan Hüseyn Abdullayev: “Ən böyük arzum Bakı Ali Neft Məktəbinə daxil olmaqdır”

Dövlət İmtahan Mərkəzinin 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrininə əsasən, Abşeron rayonu Xırdalan şəhər 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayev 300 bal toplayaraq maksimal nəticəyə nail olub.  Hüseyn deyir ki, ən böyük arzusu qəbul imtahanlarında da maksimal bal toplayaraq, Bakı Ali Neft Məktəbinə daxil olmaqdır.

Hüseyn ilk olaraq, 20 mindən çox məzun arasından belə yüksək nəticə əldə etməyiniz münasibəti ilə sizi təbrik edirik, gəlin, bir qədər sizi tanıyaq. 

Diqqətiniz üçün təşəkkür edirəm. Mən Hüseyn Abdullayev Ağsu rayonunda anadan olmuşam. Orta təhsilimə Xətai rayonu 264 saylı tam orta məktəbdə başlasam da, 3-cü sinifdən etibarən Xırdalan şəhəri 1 saylı məktəbdə təhsilimi davam etdirmişəm. Elə, həmin məktəbdən də bu il məzun olmuşam. "Əlaçı" televiziya verlişinin 9-cu mövsümünün respublika çempionu, "Xəmsə" verlişinin isə iştirakçısı olmuşam. Bundan başqa, bu il Fizika üzrə keçirilən respublika fənn olimpiadasının yarımfinalçısıyam.

Buraxılış imtahanında belə yüksək nəticəyə necə nail oldunuz? 

Uğurumun səbəbi daha çox çalışmaq, elmə olan həvəsim, onlayn dərslərin uğurlu təşkili oldu. Bundan başqa, əlbəttə ki,  müəllimlərin və valideynlərimin dəstəyi də çox mühüm rol oynadı.

Niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçmək istəyirsiniz?

Hesab edirəm ki, Bakı Ali Neft Məktəbi həqiqətən, respublikanın ən nüfuzlu universitetidir. Bundan əlavə, bu Ali Məktəbdə tədrisin keyfiyyəti, xarici universitetlərlə əməkdaşlıq əlaqələri (Heriot-Vatt xüsusilə) də diqqətimi cəlb edir.

Hansı ixtisas üzrə hazırlaşırsınız?