Fransanın yeni Baş Naziri bəlli olub


Dünya 03 İyl 2020 15:54:00 153 0

Fransanın yeni Baş Naziri bəlli olub

Fransa Prezident Administrasiyası rəhbərinin müavini Jan Kasteks ölkənin yeni baş naziri təyin olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Yelisey sarayının bəyanatında deyilir.

J.Kasteks Fransanın özünütəcrid rejimində çıxış prosesini kurasiya edirdi. O, yaxın günlərdə yeni hökumət formalaşdıracaq.

Qeyd edək ki, bu gün səhər saatlarında sabiq baş nazir Eduar Filipp istefa vermişdi