Mütəxəssisdən xəbərdarlıq:


Digərləri 03 İyl 2020 15:30:00 142 0

Mütəxəssisdən xəbərdarlıq:

COVİD-19 virusu ilə bağlı yaranan hazırkı epidemioloji vəziyyət insanların antibiotiklərdən qeyri-düzgün istifadəsinə də səbəb olur. Özündə COVİD-19 virusunun əlamətlərinə oxşar simptomları müşahidə edən bəzi şəxslər kortəbii şəkildə antibiotik qəbul etməklə belə halları aradan qaldırmağa çalışırlar.

Son.az xəbər verir ki, Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, antibiotiklərin uzun müddət qeyri-düzgün istifadə edilməsi düz bağırsaq xərçənginə, dizbakterioza və s. səbəb olur. Buna görə də antibiotiklər həkim təyinatı ilə, insanın bakteriyalara qarşı həssaslığı yoxlanılaraq qəbul edilməlidir:

"İnsanlar antibiotiklərin nələrə səbəb olduğundan xəbərsiz olduqları üçün onu lazım oldu-olmadı istifadə edirlər. Dünyada 12 ölkədə, 10 min insan arasında aparılan tədqiqatların nəticələrinə görə, iştirakçıların 64%-i antibiotiklərin virus və soyuqdəymə xəstəliklərində effektiv olduğuna inanır".

Mütəxəssis qeyd edib ki, antibiotiklər mikrobları və bakteriyaları öldürə bilər, lakin onlar viruslara təsir göstərmir. Antimikrob preparatlardan sui-istifadə dərmanlara davamlı ştamların yaranmasını sürətləndirir. Bu da infeksiyaya qarşı mübarizəni getdikcə çətinləşdirir:

"Başqa bir araşdırmanın nəticələri görə, ABŞ-da hər il 6 mindən çox insan antibiotiklərin təsirinin azalması səbəbindən ölür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, antibiotiklərin təxminən 50%-i düzgün təyinatla istifadə olunmur, buna görə insan bədənində antibiotiklərə qarşı rezistentlik artmaqda davam edir. Çox vaxt antibiotiklər viral infeksiyaların müalicəsi üçün təyin edilir. Antibiotiklər yalnız bakterial infeksiyaların müalicəsinə kömək edir".

Y.Abdiyeva bildirib ki, çox vaxt həkimlər xəstəliyin dar spektrli bir antibiotiklə müalicə edilə biləcəyi zaman geniş spektrli antibiotiklər təyin edirlər. Nəticədə xəstələrdə antibiotiklərə qarşı rezistentlik inkişaf edir: