7 aya 11 milyon yoluxma, 500 mindən artıq ölü


Dünya 03 İyl 2020 14:48:00 154 0

7 aya 11 milyon yoluxma, 500 mindən artıq ölü

2019-cu ilin noyabr ayından etibarən Çinin Vuhan əyalətində aşkarlanıb, qısa müddət ərzində bütün dünyaya yayılan yeni növ koronavirusa yoluxanların sayı 11 milyonu keçib.

Son.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının bir az əvvəlki statistikasına əsasən bu virusa yoluxanların sayı 11 milyon 10 min 911-ə çatıb.

Yeni növ koronavirus səbəbindən dünyasını dəyişənlərin sayı 524,559 nəfərdir. 6 milyondan çox insan müalicə olunaraq evə buraxılıb.

Koronavirusa görə ən çox ölüm halları ABŞ, Braziliya, Britaniya, İtaliya və Fransada baş verib. Əhali nisbətinə görə ən çox ölüm halı isə Belçikada baş verir.

Bu virus 212 ölkədə qeydə alınıb, tək-tük ölkələr istisna olmaqla, qalanlarında sərt karantin rejimi tətbiq olunub. Karantin rejimi tətbiq olunmayan ölkələrdən olan Braziliya, İsveç və Belarusiyada vəziyyət heç də ürəkaçan deyil. Xüsusən də, Braziliya yoluxma və ölüm sayına görə siyahıda ikinci yerdə qərarlaşıb.