Ziya Bünyadov prospektinin bir hissəsində hərəkət 2 günlük qismən məhdudlaşdırılır


Digərləri 03 İyl 2020 13:54:00 162 0

Ziya Bünyadov prospektinin bir hissəsində hərəkət 2 günlük qismən məhdudlaşdırılır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq 04 və 05 iyun tarixlərində "3-cü mikrorayon" dairəsi üzərindən küçən yol ötürücüsünə "20 yanvar" dairəsi istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Son.az-a verilən məlumata görə, alternativ olaraq sürücülər prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.