Sərnişin təyyarəsi quş dəstəsinə çırpıldı


Dünya 03 İyl 2020 13:36:00 160 0

Sərnişin təyyarəsi quş dəstəsinə çırpıldı

Rusiyanın Moskva şəhərinin Vnukovo Hava Limanından Maqasa uçan təyyarə quş dəstəsinə çırpılıb.

Son.az xəbər verir ki, "UTair" şirkətinə məxsus təyyarə hadisədən sonra normal rejimdə eniş edə bilib.

Quşlarla toqquşma təyyarənin təyin olunmuş hava limanına eniş etdiyi zaman baş verib. Bundan sonra sol qanadın yarısında quşların izləri qalıb.

Hadisə baş verdiyinə görə, hava gəmisinə baxış keçirəcək aviatexnikanın gəlişinə qədər Moskvaya qayıdış reysinin təxirə salınmasına qərar verilib. (publika.az)