9 il uşaq həsrətində olan ailənin əkizlərini


Dünya 03 İyl 2020 13:24:00 155 0

9 il uşaq həsrətində olan ailənin əkizlərini

Braziliyanın Piripa bölgəsində 26 günlük əkiz uşaqlar evdə saxlanılan labrador cinsli it tərəfindən parçalanaraq ölüblər.

Son.az xəbər verir ki, hadisə ananın səhlənkarlığı üzündən baş verib. Belə ki, ana qonşu ilə söhbət etdiyi zaman Anne və Analu adlı əkizlərinin təhlükəsizliyini unudub.

Bir müddət sonra ağlamaq səsi eşidən ana içəri qaçsa da uşaqlarını xilas edə bilməyib.

Xəstəxanaya çatdırılan körpələri edilən bütün müdaxilələrə rəğmən xilas etmək mümkün olmayıb.

İtin qısqanclıq nəticəsində uşaqlara hücum etdiyi ehtimal edilir.

Elayin və Regis Novayis adlı cütlüyə 9 ildən sonra valideyin olmaq nəsib olubmuş.