Dünya bu fotodan danışır: Uşaq savaşı dayandırdı...


Digərləri 03 İyl 2020 12:42:00 163 0

Dünya bu fotodan danışır: Uşaq savaşı dayandırdı...

Kəşmirdə təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşma arasında baş verən qarşıdurmada həlak olan babasının üstündə oturaraq ağlayan 3 yaşlı uşağın fotosu kəskin reaksiyalara səbəb olub.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Kəşmirin müsəlmanlar yaşayan Sopor qəsəbəsində baş verib.

Hindistan polisi tərəfindən öldürülən 65 yaşlı babasının sinəsində oturub ağlayan uşaq qarşıdurma davam etdiyi üçün bir müddət bu şəkildə qalıb.

Qarşıdurma tərəflərinin atəşi dayandırmasından sonra uşaq təhlükəsiz yerə çəkilib.