Hindistanda 26 nəfəri ildırım vurdu


Dünya 03 İyl 2020 12:30:00 155 0

Hindistanda 26 nəfəri ildırım vurdu

Hindistanın şərqindəki Bihar ştatında ildırım vurması nəticəsində azı 26 nəfər həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, son bir həftə ərzində üçüncü kütləvi ildırım vurması halıdır.

İyunun 25-də 92 nəfər, iyunun 30-da isə 11 nəfər ildırımın qurbanı olmuşdu.

Buna səbəb kimi insanların ildırım vaxtı tarlada işləməyə davam etmələri göstərilir.