Baş həkim: Göyçayda COVİD19a yoluxma ilə bağlı müraciət yoxdur


Digərləri 03 İyl 2020 10:24:00 180 0

Baş həkim: Göyçayda COVİD19a yoluxma ilə bağlı müraciət yoxdur

Göyçay rayonunda COVİD-19 virusuna yoluxma hallarına rast gəlinmir.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Göyçay rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Elçin Bilalov deyib.

Onun sözlərinə görə, hazırda rayon əhalisi nəzarətdə saxlanılır, mütəmadi olaraq bu xəstəliklə bağlı yoxlamalar keçirilir: "Bir müddət əvvəl tək-tək şəxslərdə şübhəli məqamlar oldu ki, həmin şəxslər də dərhal nəzarətə götürüldü. Hazırda rayon ərazisində bu xəstəliklə bağlı müraciət edən yoxdur. Tibbi heyətimiz gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir, yerlərdə COVİD-19-la bağlı vəziyyətə nəzarət olunur".